Tartil loqosuTartilCanlı radio

ət-Tin surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 95 nömrəli surə, 8 ayə, 597 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əş-Şərh surəsiəl-Ələq surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. And olsun əncirə və zeytuna!

2. And olsun Sina dağına!

3. And olsun bu əmin-aman şəhərə (Məkkəyə)!

4. Biz insanı ən gözəl biçimdə yaratdıq!

5. Sonra isə onu aşağı qatların ən aşağısına qaytardıq.

6. Yalnız iman gətirib saleh əməllər edənlər müstəsnadır! Onlar üçün tükənməz mükafat vardır.

7. (Ey insan!) bundan sonra səni dini (haqq-hesab gününü) yalan saymağa məcbur edən nədir?

8. Məgər Allah hakimlərin hakimi deyilmi?

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əş-Şərh surəsiəl-Ələq surəsi ›