Tartil loqosuTartilCanlı radio

əl-İnşiqaq surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 84 nömrəli surə, 25 ayə, 589 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Mutaffifin surəsiəl-Buruc surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. Göy yarılacağı

2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

3. Yer dümdüz ediləcəyi,

4. içindəkiləri (kənara) atıb boşalacağı

5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

6. Ey insan! Sən səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

7. Kimin kitabı sağ əlinə veriləcəksə,

8. o, yüngül haqq-hesaba çəkiləcək

9. və ailəsinə sevinərək dönəcək!

10. Kimin kitabı arxa tərəfindən (sol əlinə) veriləcəksə,

11. o (özünə) ölüm diləyəcək

12. və alovlu atəşə atılacaq!

13. O, (dünyada ikən) ailəsində sevinc içində idi

14. Çünki o heç bir zaman (Rəbbinin hüzuruna) qayıtmayacağını zənn edirdi.

15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

16. And içirəm şəfəqə,

17. Gecəyə və (gecənin) ağuşuna aldıqlarına,

18. bədirlənmiş aya!

19. (Ey insanlar!) Siz mütləq haldan-hala düşəcəksiniz.

20. Onlara nə olub ki, iman gətirmirlər?

21. Onlara Quran oxunduqda səcdə etmirlər?

22. Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.

23. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!

24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ!

25. İman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat vardır.

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Mutaffifin surəsiəl-Buruc surəsi ›