Tartil loqosuTartilCanlı radio

əl-Bələd surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 90 nömrəli surə, 20 ayə, 594 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Fəcr surəsiəş-Şəms surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. And içirəm bu şəhərə (Məkkəyə)!

2. Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır).

3. And olsun ataya (Adəmə) və onun zürriyyətinə!

4. Biz insanı çətinlik içində xəlq etdik.

5. Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!

6. O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir.

7. Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!

8. Biz ona iki göz vermədikmi?!

9. Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!

10. Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!

11. O, sərt yoxuşu aşa biləmədi.

12. Sən nə bilirsən ki, o sərt yoxuş nədir?

13. (O,) kölə azad etməkdir

14. və ya aclıq günündə (möhtaca) yemək verməkdir –

15. qohumluğu çatan bir yetimə,

16. yaxud (aclıqdan) yerə sərilmiş miskinə!

17. Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.

18. Onlar sağ tərəf sahibləridir.

19. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.

20. Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir.

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Fəcr surəsiəş-Şəms surəsi ›