Tartil loqosuTartilCanlı radio

əl-Beyyinə surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 98 nömrəli surə, 8 ayə, 598 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Qədr surəsiəz-Zəlzələ surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. Kitab əhlindən və müşriklərdən kafir olanlar özlərinə açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər.

2. (Bu dəlil) pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir (Muhamməddir).

3. O səhifələrdə doğru yazılar (hökmlər) vardır.

4. Kitab verilənlər özlərinə yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.

5. Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Doğru din də elə budur!

6. Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər.

7. İman gətirib saleh əməllər edənlərə gəlincə isə onlar məxluqatın ən xeyirliləridirlər.

8. Onların Rəbbinin yanındakı mükafatı (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələr üçündür!

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Qədr surəsiəz-Zəlzələ surəsi ›