Tartil loqosuTartilCanlı radio

əl-Qədr surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 97 nömrəli surə, 5 ayə, 598 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Ələq surəsiəl-Beyyinə surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. Həqiqətən, Biz (Quranı) Qədr gecəsində nazil etdik!

2. (Ey Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?

3. Qədr gecəsi min aydan daha xeyirlidir.

4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər bir işə görə (yerə) enərlər.

5. O gecə sübh açılanadək əmin-amanlıq olur.

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Ələq surəsiəl-Beyyinə surəsi ›