Tartil loqosuTartilCanlı radio

əz-Zəlzələ surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 99 nömrəli surə, 8 ayə, 599 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Beyyinə surəsiəl-Adiyat surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. Yer titrəyib lərzəyə gələcəyi zaman;

2. Yer öz yükünü bayıra atacağı

3. və insan: “Ona (yerə) nə olub?”– deyəcəyi zaman –

4. həmin gün yer öz xəbərlərini söyləyəcəkdir.

5. Çünki Rəbbin ona belə vəhy etmişdir.

6. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar!

7. Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.

8. Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ əl-Beyyinə surəsiəl-Adiyat surəsi ›