Müshəfdə 102 nömrəli surə, 8 ayə, 600 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Ey insanlar!) Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. nəhayət qəbirləri ziyarət etdiniz.
3. Xeyr! Siz (aqibətinizi) biləcəksiniz!
4. Bir də xeyr! Siz (aqibətinizi) biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Sonra onu öz gözünüzlə mütləq görəcəksiniz!
8. Sonra da o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.