Müshəfdə 101 nömrəli surə, 11 ayə, 600 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Qəlbləri qorxuya salan) Qariə!
2. Nədir Qariə?
3. Sən nə bilirsən ki, nədir Qariə?
4. O gün insanlar (ətrafa) səpələnmiş pərvanələr kimi olacaqlar.
5. Dağlar isə didilmiş yun kimi olacaqdır.
6. (O gün) kimin tərəziləri ağır gələrsə,
7. O xoş güzəran içində olacaqdır!
8. Kimin də tərəziləri yüngül gələrsə,
9. onun məskəni Haviyə olacaqdır.
10. Sən nə bilirsən o (Haviyə) nədir?
11. O, çox qızmar bir oddur!
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.