Müshəfdə 111 nömrəli surə, 5 ayə, 603 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
2. Ona nə malı fayda verdi, nə də qazandığı.
3. O, alovlanan bir oda girəcəkdir.
4. Onun odun daşıyan arvadı da.
5. Onun (arvadının) boynunda xurma liflərindən kəndir olacaqdır.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.