Müshəfdə 105 nömrəli surə, 5 ayə, 601 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Ey Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?
2. Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?
3. Onların üzərinə dəstə-dəstə quşlar göndərdi.
4. (O quşlar) onların üstünə (odda bişmiş) gildən daşlar yağdırdı.
5. (Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.