Müshəfdə 104 nömrəli surə, 9 ayə, 601 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O kimsə ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır.
3. Mal-dövlət onu əbədi saxlayacağını (onu ölümdən qoruyacağını) güman edir.
4. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
5. Sən nə biləsən Hutəmə nədir?
6. (O,) Allahın yanar odudur.
7. Elə bir od ki, qalxıb ürəklərə çatar.
8. O (Od) onların üzərinə bağlı olacaqdır.
9. (Onlar orada) yüksək dirəklərə bağlanmış olacaqlar.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.