Tartil loqosuTartilCanlı radio

əl-Maun surəsi: mətn və mənaların tərcüməsi

Müshəfdə 107 nömrəli surə, 7 ayə, 602 nömrəli səhifədən başlayır.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ Qureyş surəsiəl-Kovsər surəsi ›

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

1. (Ey Peyğəmbər!) Dini (hesab gününü) yalan sayan kimsəni gördünmü?

2. O elə kimsədir ki, yetimi qovar

3. və (heç kəsi) miskini yedirtməyə təşviq etməz.

4. Vay halına namaz qılanların –

5. o kəslərin ki, onlar namazlarında səhlənkardırlar.

6. Onlar (namazlarında) riyakarlıq edərlər

7. və kiçik bir şeyi verməkdən belə imtina edirlər.

Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)

Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.

Tilavətlərini dinləyinBu surəni müshəfdə təfsirlə oxuyun‹ Qureyş surəsiəl-Kovsər surəsi ›