Müshəfdə 114 nömrəli surə, 6 ayə, 604 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Ey Peyğəmbər!) De: “Sığınıram insanların Rəbbinə,
2. insanların Sahibinə,
3. insanların İlahına!
4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qaçıb) gizlənən şeytanın şərindən
5. O şeytan ki, insanların sinələrinə (qəlblərinə) vəsvəsə salır,
6. (O şeytan) cinlərdən də olur, insanlardan da!”
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.