Müshəfdə 93 nömrəli surə, 11 ayə, 596 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. And olsun səhərə!
2. And olsun (zülməti ilə hər şeyi) örtən gecəyə!
3. (Ey Peyğəmbər!) Rəbbin nə səni tərk etdi, nə də (sənə) qəzəbləndi.
4. Axirət sənin üçün dünyadan daha xeyirlidir.
5. Rəbbin sənə (nemət) bəxş edəcək və sən də (Ondan) razı qalacaqsan.
6. Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7. Səni çaşqın halda tapıb doğru yola yönəltmədimi?
8. Səni yoxsul ikən tapıb zəngin etmədimi?
9. Elə isə yetimə xor baxma!
10. Dilənçini də qovma!
11. Və Rəbbinin nemətindən söhbət aç.
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.