Müshəfdə 109 nömrəli surə, 6 ayə, 603 nömrəli səhifədən başlayır.
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
1. (Ey Peyğəmbər!) De: “Ey kafirlər!
2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm.
3. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm.
5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
6. Sizin dininiz sizə, mənim dinim də mənədir!”
Mənaların tərcüməsi: Azerbaijani Translation - Ali Khan Musayev, 1.0.4 versiyası, QuranEnc.com saytından dəyişdirilmədən dərc olunub. (QuranEnc.com)
Tərcümə Quranın mənalarını çatdırır, Quranın özü deyil; Quran yuxarıdakı ərəbcə mətndir.